Kanadanın CBC telekanalı son 20 ildə ölkə idmanında baş verən zorakılıqla bağlı araşdırma aparıb. Matc.az saytı xəbər verir ki, 1998-2008-ci illəri əhatə edən araşdırmadan sonra ortaya xoşagəlməz rəqəmlər çıxıb.

Belə ki, həvəskar idman klublarında fəaliyyət göstərən 222 məşqçinin son 20 ildə 18 yaşdan aşağı 600-dən çox idmançıya təcavüz etdiyi aşkarlanıb. Həmin 222 mütəxəssis bu əməllərinə görə həbs edilib. Hazırda isə 34 məşqçinin məhkəməsi davam edir.

Təcavüzcü məşqçilər 36 fərqli idman növündə çalışıb. Bu baxımdan hokkeydə çalışanlar ilk sırada yer alıb. Onları futbol, döyüş növləri, basketbol, üzgüçülük və voleybol məşqçiləri izləyib. Təqsirləndirilənlər zorlama, cinsi istismar və uşaq pornoqrafiyası çəkməkdə günahlandırılıb. Məşqçilərinin qurbanı olan 600-dən çox yeniyetmənin yaşı 9-17 arası olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest