Azərbaycan millisinin qapıçısı Emil Balayevin şərəfini qoruduğu "Tobol" öz rekordunu yeniləyib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Kostanay təmsilçisi tarixinin ən uğurlu başlanğıcını edib.

Premyer Liqanın V turunda "Okjetpes" üzərində qələbə qazanan "Tobol" ilk 5 turda maksimum göstəriciyə imza atıb. Bununla Vladimir Qazzayevin komandası ən uğurlu startını gerçəkləşdirib. "Tobol" indiyə qədər 2006-cı ildə ilk 4 turdakı qələbə ilə rekorda imza atmışdı. Həmin vaxt komanda ardıcıl 12 matçda uduzmamışdı.

Qeyd edək ki, "Tobol" çempionatda növbəti oyununu aprelin 20-də "Jetısu"ya qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest