Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) dopinqə görə Azərbaycanın daha bir idmançısına sanksiya tətbiq edib. Dopinq-testi müsbət nəticə verən Elmar Alıyev 4 il müddətinə diskvalifikasiya olunub.
Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) dopinqə görə Azərbaycanın daha bir idmançısına sanksiya tətbiq edib. Matc.az xəbər verir ki, dopinq-testi müsbət nəticə verən Elmar Alıyev 4 il müddətinə diskvalifikasiya olunub. Onun orqanizmində qadağan olunmuş "Urine substitution" ("M2. Chemical and Physical Manipulation") peraparatı tapılıb.
56 kq çəkidə çıxış edən ağırlıqqaldıranın cəzası 12 sentyabr 2018-ci ildən qüvvəyə minib və 12 sentyabr 2022-ci ildə başa çatacaq.
Qeyd edək ki, IWF aprelin 15-də 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında götürülmüş dopinq-testinin təkrar analizi müsbət nəticə verdiyi üçün Avropa və ikiqat dünya çempionu Nizami Paşayevə 8 il cəza verildiyini açıqlayıb ("Report").