İtaliya B seriyasında çıxış edən "Spezia"nın kapitanı Klaudio Terzi klub rekorduna bir addım da yaxınlaşıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 35 yaşlı müdafiəçi "Askoli" ilə ötən tur oyununda 151-ci dəfə "Spezia"nın formasını geyinib.

Bununla klub tarixinin ən çox meydana çıxan ikinci futbolçusu olan Terzi indi yalnız sabiq kapitan Roberto Bordindən geri qalır. Hazırda "Neftçi"ni çalışdıran Bordin 1999-2002 və 2003-2005-ci illər ərzində 158 dəfə bu komandanın formasını geyinib. Terzi cari mövsümün qalan matçlarının hamısında meydana çıxsa, Bordinin rekorduna şərik olacaq.

O, bu qarşılaşmaların 136-nı B seriyasında keçirib ki, bu baxımdan 10-cudu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest