Türkiyə Superliqasında uğurlu mövsüm keçirən "Alanyaspor" baş məşqçi Sərgən Yalçınla sözləşməsini yeniləyəcək. Matc.az-ın yerli mətbuata istinadən məlumatına görə, müqavilə müddəti cari mövsümün sonuna qədər olan Yalçın daha 2 il Alanya klubunu çalışdıracaq.

Sərgən Yalçının adı bir ara "Beşiktaş"la birgə hallanansa da, İstanbul nəhəngi Mirça Luçesku ilə ilkin razılıq əldə edib. Bu səbəbdən 47 yaşlı mütəxəssis yeni 2 illik sözləşməyə razılıq verib. Tərəflər tezliklə münasibətləri rəsmiləşdirəcək.

Qeyd edək ki, 28 turdan sonra "Alanyaspor" 38 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest