"Benfika"nın parlayan ulduzu Joao Feliks mövsümün sonunda komandanı tərk edəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Portuqaliya klubu 19 yaşlı vingeri 120 milyon avroya satmağı planlaşdırır.

Hazırkı vəziyyətdə gənc oyunçu üçün ən yaxın komanda "Yuventus" görünür. "Benfika" rəhbərliyi isə onun gedişindən sonra yaranacaq boşluğu "Trabzonspor"lu Abdülkadir ömürlə doldurmaq niyyətindədi. ötən yay lissabonluların 10 milyonluq təklifi rədd edilmişdi. Portuqaliya klubu 20 yaşlı yarımmüdafiəçi üçün bu dəfə qarşı tərəfə 20 milyon avro təklif etməyə hazırlaşır.

Qeyd edək ki, Abdülkadir ömür bu mövsüm 3 qol, 6 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest