"Playstation"da futbola və strateji oyunlara üstünlük verirəm. Ancaq silahlı və ya döyüş oyunlarından xoşum gəlmir. Yəqin ki, futbolçu olduğum üçün idmanla bağlı oyunlar diqqətimi cəlb edir". Matc.az saytının məlumatına görə, bunu "Qarabağ"ın müdafiəçisi Yakub Jezniçak deyib.

ölkəsi Polşa mətbuatına maraqlı müsahibə verən 33 yaşlı futbolçu "playstation"a olan həvəsindən danışıb. O, buna görə evdə narazılıq yarandığını da etiraf edib: "Evdə yalnız FİFA oyunum var. Neçə ildi ki, "playstation" oynayıram. Buna görə həyat yoldaşım tez-tez əsəbləşir. O, məni oyunu əlimdən almaqla hədələyib. çünki oturanda saatlarla oynayıram. Həmçinin yutubda videolara baxıram. Bu, məndə asılılıqdı. Düzdü, son vaxtlar turnirlərdə iştirak etmirəm. Daha çox məqalə oxuyuram".

Polşa millisinin sabiq üzvü bazada da boş vaxtlarında futbolçularla yarışdıqlarını söyləyib: "Hərdən uşaqlarla bazada oynayırıq. Əsasən gənc futbolçularla aramızda rəqabət olur. Toplanışdan və məşqdən sonra boş vaxtımız çox olur. Həyatımızın mahiyyəti çox vaxt əyləncələrə getməyimiz olur. Subay gənclər evdə olanda rahatlıqla saatlarla oynaya bilirlər. Mən bunun onları təhsildən yayındırdığını düşünmürəm. Təlim zamanı yalnız oyun barədə düşünməli olursan. Bu oyun isə bizim üçün yaxşı əyləncədi. Əlbəttə, müəyyən vaxtdan sonra asılılıq yaranır ki, bu, təhlükəlidi. Ancaq əylənmək, zövq almaq üçün oynayırsansa, vaxt sərf etmək üçün əla vasitədi".

Qeyd edək ki, Yakub Jezniçak 2017-ci ildən "Qarabağ"ın formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest