“İstəyirdik ki, meydanda komandaya fayda verən futbolçular olsun. Papunaşvili çox yorulmuşdu”

"Tam istədiyimiz kimi gözəl, baxımlı futbol olmadı. Nəticə daha önəmli idi”. 

Matc.az xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XXV turun açılış matçında qələbə qazanan “Kəpəz”in baş məşqçisi Adil Şükürov deyib.

Gənc mütəxəssis səfərdə “Sumqayıt” üzərində qazanılam 3:1 hesablı uğuru şərh edib: “Son dəqiqələrdə müdafiəyəmeyilli və sürətli futbolçuları meydana buraxdıq. Bu da öz bəhrəsini verdi. Bizim üçün vacib olan 3 xal idi, onu da qazandıq. İstəyirdik ki, meydanda komandaya fayda verən futbolçular olsun. Papunaşvili çox yorulmuşdu. Mate Kvirkiya da tam istədiyini edə bilmirdi. Papunaşvili əsas oyunçularımızdan biridir və komandanı öz arxasınca aparır. O dayananda, komanda da dayanır. Narazılıq yoxdur”.

Şükürov “Kəpəz”in məqsədlərindən danışıb: “Həmişə deyirik ki, qabağa baxmaq və öndəki rəqiblərə köklənmək lazımdır. Bu gün qələbə qazandıq. Amma tam olaraq futbol oynamadıq. İlk üçlükdə olan rəqibə qarşı sırf müdafiədən oynadıq. Əsas məqsədimiz Premyer Liqada qalmaqdır. Qarşıda oyunlar çoxdur. Çox şeylər dəyişə bilər. Bizim ev oyunları ilə bağlı problemimiz var. Bunu həll etməliyik. Bəzi komandalar bizə öz stadionlarını vermədilər. Buna görə də davamlı olaraq səfərdə oynamalıyıq. Premyer Liqada qalmağı təmin etmək üçün hələ 4-5 oyunda da qalib gəlməliyik. Əsas hədəflərimizdən biri də gəncəli iş adamlarını komandaya cəlb etməkdir. "Kəpəz" Premyer Liqada qalsa, ümid edirik ki, iş adamları da Gəncənin komandasına sahib çıxarlar”.

Qeyd edək ki, gənc mütəxəssis gələcəkdə ev oyunlarını hansı stadionda keçirəcəklərini dəqiqləşmədiyini bildirib. O, “Neftçi” ilə Tovuzda qarşılaşacaqlarını deyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest