"Dadaşov topa tullanarkən dirsəklə rəqibin sifətinə zərbə vurdu. Bu, çox kobud davranışdı. Dirsəkdən yalnız rəqibi topdan uzaq tutmaq üçün istifadə etmək olar. Bu, qəddar oyun tərzidi və futbolçu qırmızı vərəqə ilə cəzalandırılmalı idi".

Almaniyanın sabiq FİFA referisi Babak Rafati III Bundesliqanın XXXIII turunda keçirilən "Münhen 1860" - "Proyssen" görüşündəki hakim qərarlarına münasibət bildirib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, İran əsilli Rafati oyunun 76-cı dəqiqəsindəki epizodda baş hakimin yanlış qərar verdiyini düşünür.

O, hava mübarizəsi zamanı dirsəklə rəqib müdafiəçi Simon Lorentsin burnunu qıran Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun sarı vərəqə almasını doğru qərar saymır. 49 yaşlı keçmiş referi həmin epizodda Dadaşovun meydandan qovulmalı olduğunu söyləyib: "Dadaşov topa tullanarkən dirsəklə rəqibin sifətinə zərbə vurdu. Bu, çox kobud davranışdı. Dirsəkdən yalnız rəqibi topdan uzaq tutmaq üçün istifadə etmək olar. Bu, qəddar oyun tərzidi və futbolçu qırmızı vərəqə ilə cəzalandırılmalı idi. Sarı vərəqə ilə kifayətlənmək yanlış qərardı".

Qeyd edək ki, "Proyssen" məhz Rüfət Dadaşovun yeganə qolu sayəsində səfər qələbəsi qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest