"Liverpul"un futbolçusu Məhəmməd Salah mövsümün sonunda komandanı tərk edə bilər. Matc.az AS nəşrinə istinadən xəbər verir ki, misirli futbolçu yayda başqa komandanın formasını geyinməkdə israrlıdı. Baş məşqçi Yurgen Kloppla arasında qalmaqal yarandığından Salah rəhbərliyə öz arzusu ilə komandadan getmək istədiyini çatdırıb. 

Salahın vəkili isə yazılanları təkzib edib. O, futbolçunun "Liverpul"da qalacağını bildirib: "Görünür, AS yenə yalan məlumat yayıb".

"Liverpul"a 2017-ci ildə keçən  26 yaşlı futbolçunun müqaviləsi 2023-cü ildə başa çatır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest