Şotlandiya millisinin baş məşqçisi Aleks Makliş postundan ayrılıb. Matc.az xəbər verir ki, bu barədə Şotlandiya Futbol Assosiasiyası rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, qərar assosiasiyanın iclasında verilib. İclasda 60 yaşlı mütəxəssis özü də iştirak edib və tərəflər müqaviləyə xitam verməyi razılaşdırıb. Beləliklə, Maklişin millidəki ikinci dönəmi qısa alınıb.

Qeyd edək ki, Aleks Makliş Şotlandiya yığmasına ötən ilin fevral ayında təyin olunmuşdu. O, 2007-ci ildə də milliyə başçılıq edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest