"çelsi"nin lideri Eden Azarın "Real"a transferi reallaşmaq üzrədi. Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Bildirilir ki, Belçika millisinin üzvü "kral klubu" ilə hərtərəfli anlaşıb və tərəflər arasında şəxsi müqavilə razılaşdırılıb. Bircə qalır "zadəganlar"ın bu keçid üçün müsbət rəyini almaq. Madrid təmsilçisi Azarı 100 milyon avroya transfer etməyi planlaşdırır. "çelsi"nin ilk tələbi 120 milyon olsa da, tərəflərin tezliklə ortaq məxrəcə gəlməsi gözlənilir. Azar özü də "çelsi"ni razı salmaq üçün rəhbərliyə təzyiq edir.

Qeyd edək ki, "Real" mövsümün sonu üçün hələlik 2 futbolçunu transfer edib. Bunlar "Portu"nun mərkəz müdafiəçisi Eder Militao və "Santos"un hücumçusu Rodriqodu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest