"Roma"nın sabiq baş məşqçisi Eusebio Di Françeskonun yeni iş yeri müəyyənləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, italiyalı mütəxəssis İspaniyada çalışmağa hazırlaşır.

Belə ki, onun "Sevilya"nın "sükanı arxası"na keçməsi gözlənilir. 50 yaşlı mütəxəssis danışığı yekunlaşdırmaq üçün artıq Sevilyaya yollanıb. O, komandanın son çempionat oyununu da idman direktoru Monçi ilə birlikdə stadiondan izləyib.

Qeyd edək ki, Eusebio Di Françesko 2017-2019-cu illərdə "Roma"nı çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest