Avropa Liqasının 1/4 final mərhələsində "Slaviya"nı üstələyən "çelsi" yeni rekorda imza atıb. Matc.az saytının məlumatına görə, çexiya təmsilçisini 4:3 hesabı ilə məğlub edən "zadəganlar" cari mövsüm avrokubokda 11-ci qalibiyyətini əldə qazanıb.

Bu isə İngiltərə futbol tarixində bir ilkdi. İndiyə qədər heç bir ingilis komandası bir mövsümdə avrokubokda bu qədər oyunda qalib gəlməmişdi.

"çelsi" eyni zamanda Avropa Liqasında məğlubiyyətsiz oyunlar seriyasını 15-ə çatdırıb (14 qələbə, 1 heç-heçə). Londonlular bununla "Atletiko"ya məxsus (2011-12) rekordu təkrarlayıb.

"çelsi" bu turnirdə sonuncu dəfə 2013-cü il 1/4 final mərhələsində "Rubin"ə (2:3) uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest