"Neftçi" "Qəbələ"nin hücumçusu Stiven Jozef Monrozu heyətinə qatmaqda israrlıdı. Matc.az saytının əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi fransalı forvardla danışıqları davam etdirir.

ötən turda "Keşlə" ilə səfər qarşılaşmasında qeyri-etik hərəkəti ilə gündəmə gələn Monrozun tələbləri ilə "ağ-qaralar"ın təklifi hələ ki, üst-üstə düşmür. "Neftçi" rəhbərliyi son olaraq ona aylıq 20 min dollar təklif edib. Bu isə ildə 240 min dollar (408 min manat) deməkdi. Lakin bu təklifdən məmnun qalmayan oyunçu düşünmək üçün vaxt istəyib.

Keçid baş tutarsa, Monroz "Neftçi"nin "Qəbələ"dən transfer etdiyi ikinci fransalı futbolçu olacaq. çünki "ağ-qaralar" mövsümün əvvəlində Baqali Dabonu heyətinə cəlb edib. Maraqlıdı ki, Monroz futbol ictimaiyyətində məhz Dabonun "bar yoldaşı" kimi ad çıxarıb.

Qeyd edək ki, Stiven Jozef Monrozun "Qəbələ" ilə müqavilə müddəti cari mövsümün sonuna qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest