"çətin oyun alındı. çox vacib qələbə idi". Matc.az saytının məlumatına görə, bunu "Neftçi"nin yarımmüdafiəçisi Namiq Ələsgərov deyib.

Topaz Premyer Liqasının XXV turunda "Sabah"ın qonağı olan "ağ-qaralar" 2:0 hesablı qələbə qazanıb.

Dubla imza ataraq qarşılaşmanın qəhrəmanı olan Ələsgərov klubun rəsmi saytına açıqlamasında azarkeşlərin dəstəyi ilə istəklərinə nail olacaqlarına inandığını deyib: "Hədəfimiz qarşıdakı bütün oyunlarda qalib gəlməkdi. Həm 3 xal qazandığımız, həm də bu qələbədə pay sahibi olduğum üçün çox sevincliyəm. Bunda azarkeşlərimizin də rolu böyükdü. Onlara təşəkkür edirəm. Növbəti oyunlara da maksimum nəticə üçün çıxacağıq. İnanıram ki, azarkeşlərimizin də dəstəyi ilə istəyimizə nail olacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest