Birləşmiş Ərəb Əmirliklərində "Abu Dhabi World Professional Jiu-Jitsu Championship 2019" turniri keçirilir. Matc.az xəbər verir ki, 100-ə yaxın ölkənin idmançısının qatıldığı yarışda 2 həmyerlimiz də mübarizə aparıb.

Belə ki, Birləşmiş Ərəb Əmirliklərində yaşayan 8 yaşlı həmvətənimiz Omar Abdulla 30 kq, 5 yaşlı Yasin Dadaşov isə 23 kq çəkidə çıxış edib. Yasin  finalda Qazaxıstan təmsilçisi Usman Ospana uduzaraq ikinci yerlə kifayətlənib. Omar isə bütün rəqiblərinə qalib gəlib. O, finalda erməni Samvel Galoyanı məğlub edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest