PSJ-nin müdafiəçisi Dani Alveş öz rekordunu yeniləyib. Braziliyalı futbolçu bunu Fransa çempionu olaraq gerçəkləşdirib. Paris təmsilçisinin heyətində növbəti dəfə Liqa1-in qalibi olan Alveş karyerasında 39-cu tituluna yiyələnib.

PSJ-nin müdafiəçisi Dani Alveş öz rekordunu yeniləyib. Matc.az saytının məlumatına görə, braziliyalı futbolçu bunu Fransa çempionu olaraq gerçəkləşdirib.

Belə ki, Paris təmsilçisinin heyətində növbəti dəfə Liqa1-in qalibi olan Alveş karyerasında 39-cu tituluna yiyələnib. Dünya rekorduna sahib olan 36 yaşlı cinah oyunçusu əlçatmaz olaraq qalır. O, 6 dəfə İspaniya çempionatının, 5 dəfə İspaniya Kral Kubokunun, 5 dəfə İspaniya Superkubokunun, 4 dəfə Avropa Superkubokunun, 3 dəfə çempionlar Liqasının, 3 dəfə Klublararası Dünya çempionatının, 2 dəfə UEFA Kubokunun, 2 dəfə Fransa çempionatının, 2 dəfə Konfederasiya Kubokunun, həmçinin 1 dəfə İtaliya çempionatının, İtaliya Kubokunun, Fransa Kubokunun, Fransa Liqa Kubokunun, Fransa Superkubokunun, Amerika Kubokunun və gənclər arasında dünya çempionatının qalibi olub.

Alveşi "Barselona" və PSJ-dəki sabiq komanda yoldaşı Maksvell (37 titul) izləyir. Həmçinin Rayan Giqqz 36, Vitor Baya 35, Lionel Messi 33, Xavi Ernandeslə Andres İnyesta isə 32 titul qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest