16 yaşadək qızlardan ibarət Azərbaycan yığması Belarusun paytaxtı Minskdə UEFA İnkişaf turnirində iştirak edəcək. Matc.az saytı xəbər verir ki, turnir mayın 6-dan 11-dək keçiriləcək.

Millimiz turnir çərçivəsində 3 oyun keçirəcək. Komandamız mayın 7-də Farer adaları (12:00), 9-da Belarus (16:00), 11-də isə Qazaxıstanla (10:00) qarşılaşacaq.

Qeyd edək ki, oyunların başlama saatı yerli vaxtla göstərilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest