PSJ-nin hücumçusu Kilian Mbappe "Real"a keçəcəyi ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 20 yaşlı forvard heç yerə getməyəcəyini söyləyib.

O, karyerasını PSJ-də davam etdirəcəyini bildirib: "Hazırda burdayam, çünki PSJ-nin layihəsi ürəyimcədi. Zidanı qaytardığı üçün "Real"a görə şadam. Ancaq Zizunun ordakı işini bir azarkeş kimi izləyəcəm".

Qeyd edək ki, Kilian Mbappe Liqa1-də 30 qolla bombardirlər yarışına başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest