"Lill"in hücumçusu Nikolya Pepe Avropa nəhənglərinin maraq dairəsindədi. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Barselona", "çelsi" və "Liverpul" 23 yaşlı forvard uğrunda mübarizədə əsas rəqiblər sayılır.

Bu baxımdan "qırmızılar" bir addım öndə göstərilir. çünki İngiltərə təmsilçisi fransızlarla danışıqlara başlayıb. "Liverpul"un bu keçid üçün ilkin təklifi 70 milyon funt-sterlinq olub. "Lill"in prezidenti də bu yaxınlarda açıqlamasında Pepenin yayda komandanı tərk edəcəyini açıqlayıb.

Qeyd edək ki, Nikolya Pepe bu mövsüm Fransa çempionatında 19 qol, 11 məhsuldar ötürmə ilə diqqət çəkib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest