Futzal üzrə Yüksək Liqada pley-off mərhələsinin oyunlarının tarixləri açıqlanıb. Matc.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, yarımfinal qarşılaşmaları mayın 8-də və 11-də keçiriləcək.

Əgər bu iki oyunda cütün qalibi müəyyənləşməsə (reqlamentə görə yarımfinal oyunlarında 2 qələbə qazanacaq komandalar finalda, məğlublar isə üçüncü yer uğrunda oyunda qarşılaşacaqlar), üçüncü pley-off görüşləri mayın 14-nə təyin olunacaq. Final və üçüncü yer uğrunda oyun isə mayın 17-də keçiriləcək.

Azərbaycan kubokunun qalibini müəyyənləşdirəcək matçın tarixi də dəqiqləşib. ölkə kubokunun finalı mayın 23-də keçiriləcək. Buna qədər isə yarımfinal matçları təşkil ediləcək. Bu mərhələnin qarşılaşmaları mayın 20-ə təyin olunub. Bütün oyunların Bakı İdman Sarayında keçiriləcəyi planlaşdırılır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest