çexiyanın Gənclər Liqasında əsas mərhələnin IV turunun oyunları keçirilib. Matc.az saytı xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi "Slaviya" növbəti görüşünə çıxıb.

Praqa klubu doğma meydanda "çeske Budeyevitse" ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan böyükhesablı qələbə ilə ayrılıb - 6:0. Start heyətində meydana çıxan Nəbiyev 68-ci dəqiqədə əvəzlənib. Komandasının vurduğu qollardan 2-nə də yığmamızın üzvü imza atıb. 11-ci dəqiqədə hesabı açan Fərid 54-cü dəqiqədə isə hesabı 4:0-a çatdırıb.

"Slaviya"nın U-21 komandası hazırda 7 xalla 10 komanda arasında 3-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest