Topaz Premyer Liqasının XXV turunda "Sabah"la oyunun əvvəllərində zədələnərək əvəzlənən "Neftçi"nin müdafiəçisi Kirill Petrovun vəziyyətinə aydınlıq gəlib. Tibbi baxışın nəticələrinə görə, ukraynalı müdafiəçi budun arxa qrup əzələlərinin gərilməsi diaqnozu ilə 3 həftə müalicə olunacaq.

Topaz Premyer Liqasının XXV turunda "Sabah"la oyunun əvvəllərində zədələnərək əvəzlənən "Neftçi"nin müdafiəçisi Kirill Petrovun vəziyyətinə aydınlıq gəlib. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Tibbi baxışın nəticələrinə görə, ukraynalı müdafiəçi budun arxa qrup əzələlərinin gərilməsi diaqnozu ilə 3 həftə müalicə olunacaq. Bu isə o deməkdi ki, Petrov üçün mövsüm başa çatıb. O, çempionatın son 3 turunda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Kirill Petrov bu mövsüm 24 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest