İtaliya A seriyasının XXXIII turunda "Atalanta"ya məğlub olan (1:2) "Napoli"nin qarşılaşmada yeganə qoluna Dris Mertens imza atıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu, belçikalının Neapol klubunda 105-ci qolu olub.

Bununla Edinson Kavanini geridə qoyan Mertens "Napoli" tarixinin ən məhsuldar futbolçuları sırasında 4-cü pilləyə yüksəlib. Bu baxımdan lider Marek Hamşikdi. Bu yaxınlarda komandanı tərk edən slovakiyalı yarımmüdafiəçinin aktivində 121 top var. İkinci pillədə əfsanəvi Dieqo Armando Maradona (115 qol) qərarlaşıb. İlk "üçlüy"ü isə Attila Sallustro (108) qapayır.

Qeyd edək ki, Dris Mertens 2013-cü ildən "Napoli"nin şərəfini qoruyur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest