Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Proyssen" mövsümün sonunda bir neçə futbolçu ilə yollarını ayıracaq. Matc.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, komandanı tərk edəcək oyunçulardan biri də Dadaşovun əsas heyət uğrundakı rəqiblərindən olan Kirill Akonodu.

Səbəb heç də Münster təmsilçisinin gənc forvarddan məmnun qalması deyil. Məsələ burasındadı ki, III Bundesliqa klubunun üzvü yüksək liqa komandalarının maraq dairəsindədi. Almaniyanın gənclər millisinə də çağırılması planlaşdırılan 19 yaşlı oyunçunun hətta əsas Bundesliqada oynamaq imkanı var.

Akononun "Proyssen"lə müqavilə müddəti 2021-ci ilə qədər olduğundan, klub onun gedişindən 300 min avroya yaxın pul qazanacaq. Belə olarsa, Münster təmsilçisi 6 ildən sonra ilk dəfə hansısa futbolçunun satışından gəlir əldə edəcək. Komanda sonuncu dəfə 2013-cü ildə yığmamızın yarımmüdafiəçisi Dmitri Nazarovun "Karlsrue"yə transferindən qazanc götürüb.

Qeyd edək ki, Kirill Akono bu mövsüm III Bundesliqada 4 qola imza atıb. Komandanın ən məhsuldar oyunçuları isə 8 topla Rüfət Dadaşov, Rene Klinqenburq və Martin Koblyanskidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest