"Atletiko" mövsümün sonunda heyətində ciddi dəyişikliklərə əl atacaq. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bir neçə aparıcı futbolçunun madridlilərlə vidalaşması gözlənilir.

Komandanı tərk edəcək iki futbolçu artıq bəllidi. Bunlar müdafiəçilər Dieqo Qodin və Filipe Luisdi. "Atletiko" rəhbərliyi yaşı 30-dan çox olan futbolçulara 1 ildən yuxarı yeni sözləşmə təklif etmir. 33 yaşlı Qodinlə Luis isə minimum 2 illik sözləşmənin tərəfdarıdılar. Yayda Qodinin "İnter", Luisin isə "Barselona"ya keçməsi gözlənilir.

Qeyd edək ki, uruqvaylı Dieqo Qodin və braziliyalı Filipe Luis 2010-cu ildən "Atletiko"nun formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest