"Yuventus"un müdafiəçisi Joao Kanselo maraqlı addımla gündəmə gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, portuqaliyalı futbolçu bununla "qoca sinyora"nın baş məşqçisi Massimiliano Alleqrinin qəzəbinə tuş gələ bilər.

Belə ki, 25 yaşlı cinah oyunçusu tvitterdə "Alleqri qovulmalıdı" başlıqlı statusu bəyənib. O, bu hərəkətlə italiyalı mütəxəssisin rəhbərliyi altında xoşbəxt olmadığına işarə vurub. çünki Kanselo son vaxtlar əsas heyətə düşməkdə çətinlik çəkir.

Müdafiəçinin xidmətində ən çox maraqlı olan komanda isə "Mançester Yunayted"di.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest