"Ayaks" Hollandiya futbol tarixində yeni rekord müəyyənləşdirib. Matc.az saytı xəbər verir ki, Amsterdam təmsilçisi buna Erediviziyanın XXXII turunda "Vitess"lə qarşılaşmada nail olub.

öz meydanında 4:2 hesablı qələbə qazanan Erik ten Haqın yetirmələri bu mövsüm bütün turnirlərdə vurduğu qolların sayını 160-a çatdırıb. Bununla komanda 38 il əvvəlki rekordu yeniləyib. Buna qədər ən yaxşı göstəriciyə 1980-81 mövsümündə 158 qolla "Alkmar" nail olmuşdu.

Qeyd edək ki, 32 turdan sonra "Ayaks" 80 xalla turnir cədvəlinə başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest