Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün şərəfini qoruduğu "Giresunspor"un yeni baş məşqçisi müəyyənləşib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, I liqa təmsilçisini Erkan Sözeri çalışdıracaq.

Bu gün rəhbərliklə bir araya gələn mütəxəssis 1,5 illik müqaviləyə qol çəkib. O, mövsümün son 4 matçında da komandanı meydana çıxaracaq. Sözeri bununla cari mövsümdə komandanın "sükanı arxası"na gətirilən 5-ci mütəxəssis olub. Ona qədər Mətin Diyadin, Hüseyin Kalpar, ümit özat və Kamal Kılıç bu mövsüm yığmamızın üzvünə rəhbərlik edib.

Qeyd edək ki, "Giresunspor" hazırda 29 xalla 15-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest