"Neftçi" Topaz Premyer Liqasının XXVI turunda qarşılaşacağı "Sumqayıt"la oyunun hazırlığını davam etdirir. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi"ndə növbəti məşqə çıxıb.

Hazırlıq prosesində toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Məşqə ikitərəfli oyunla yekun vurulub. Hazırlığın sabah da bir məşqlə davam etməsi nəzərdə tutulub.

Qeyd edək ki, aprelin 27-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" – "Sumqayıt" oyunu saat 19:00-da başlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest