"Real"ın baş məşqçisi Zinəddin Zidan "Barselona"nın hegemonluğu ilə bağlı maraqlı fikirlər səsləndirib. Matc.az saytı xəbər verir ki, fransalı mütəxəssis bunun faciə olmadığını söyləyib.

Zidan La Liqa tarixinin ən yaxşı komandasının hələ də "Real" olduğunu söyləyib: "Real" gələn mövsüm maksimum dərəcədə çempionluq uğrunda mübarizəyə hazırlaşmalıdı. İlk turdan etibarən buna köklənməliyik. Əks təqdirdə, çətin vəziyyətə düşərik. La Liqanı qazanmaq gələn mövsüm əsas hədəflərimizdən biri olacaq. "Real"ın 33 ölkə çempionluğu var. Bəs "Barsa"da bu rəqəm neçədi? Son illər onlar yaxşı çıxış edirlər. Bunu qəbul edir və onları təbrik edirik. Ancaq rəqəmlərə baxsaq, "Real"ın daha çox titul qazandığını görərik. özümü müdafiə etmək fikrim yoxdu. Sadəcə, dinamikanı dəyişmək lazımdı".

Qeyd edək ki, 25 dəfə La Liqanın qalibi olan "Barselona" bu rəqəmi 26-ya çatdırmağa çox yaxındı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest