"Barselona"nın sabiq prezidenti Sandro Rosell bəraət alıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, keçmiş klub rəhbəri barədə ittihamlar əsassız qəbul edilib.

İki ildi məhkəməsi davam edən Rosell, həmçinin onun həyat yoldaşı Marta Pineda 20 milyon avroya yaxın məbləğin "yuyulmasında" ittiham olunurdu. Prokurorluq onun əvvəlcə 11, daha sonra isə 6 illik həbsini tələb edirdi. Lakin prokurorluq onun günahını sübuta yetirə bilmədiyindən, İspaniya Milli Məhkəməsi iş adamının bəraətinə qərar verib.

Qeyd edək ki, Sandro Rosell 2017-ci ilin mayında həbs olunmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest