Azərbaycan kubokunda mövsümün ilk qolsuz oyunu baş tutub. Yarımfinalın ilk görüşləri çərçivəsində baş tutan "Sumqayıt" - "Zirə" görüşü 0:0 hesabı ilə nəticələnib. Bu qarşılaşmayadək keçirilən 13 oyunun hamısında qol qeydə alınıb.

Azərbaycan kubokunda mövsümün ilk qolsuz oyunu baş tutub. Matc.az saytı xəbər verir ki, yarımfinalın ilk görüşləri çərçivəsində baş tutan "Sumqayıt" – "Zirə" görüşü 0:0 hesabı ilə nəticələnib.

Bu qarşılaşmayadək keçirilən 13 oyunun hamısında qol qeydə alınıb. ötən – 2017/18 mövsümündə də 0:0 hesabı qeydə alınmamışdı. Sonuncu dəfə belə hesaba 2016/17 mövsümündə, indiki kimi yarımfinalda təsadüf olunub.

"Qarabağ"la "Neftçi" arasında cavab oyununda qapılara qol vurulmayıb. 2017-ci il aprelin 5-də baş tutan həmin matçdan 748 gün sonra kubok görüşü qolsuz yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest