"Mançester Yunayted" İngiltərə Premyer Liqasının XXXI turundan təxirə salınmış oyunda "Mançester Siti"yə məğlub olub (0:2). Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, qarşılaşmadan sonra fikirlərini bölüşən "qırmızı şeytanlar"ın hücumçusu Markus Reşford özlərini tənqid edib.

Gənc futbolçu artıq çempionlar Liqasına vəsiqə qazana bilməyəcəklərini düşünür: "Mançester Yunayted" bu gün lazım olan kimi oynamadı. Klub, azarkeşlər və özümüz üçün mübarizə aparmalıyıq. Olduğumuz yerdə mübarizə aparırıq, ancaq yanvar ayında deyilik və böyük ümidsizlik var. Problemin nədən qaynaqlandığını bilirik - mentalitet və komanda üçün mübarizə arzusu. çempionlar Liqasına vəsiqə verən ilk "4-lüy"ü unutmalıyıq. Belə oyunda uduzmamalıydıq. Bütün MY azarkeşləri məsələdən xəbərdardı. Problemləri həll etmək və ən yaxşı şəkildə başlamaq lazımdı. Bir-birimizi tənqid etmirik, ancaq bir-birimizin gözünün içinə baxmalı və üzləşməliyik".

Qeyd edək ki, sona 3 tur qalmış 64 xalla 6-cı pillədə qərarlaşan "Mançester Yunayted" 4-cü yerdəki "çelsi"dən 3 xal geri qalır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest