İsveçli mütəxəssis Sven-Qoran Eriksson məşqçilik karyerasını bitirməyə hazırlaşmır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 71 yaşlı çalışdırıcı yenidən iş başında ola bilər.

Belə ki, onun Şotlandiya yığmasının "sükanı arxası"na keçmə ehtimalı yaranıb. Yerli KİV Erikssonla danışıqlara başlandığını vurğulayıb. İsveçli mütəxəssis özü də çalışmaq istəyində olduğunu söyləyib: "Sənəddə yaşım çox görünsə də, özümü belə hiss etmirəm. Mən futbolu və çalışmağı sevirəm. Bu üzdən də maraqlı bir təklif olarsa, dəyərləndirməyə hazıram".

Qeyd edək ki, bir neçə gün əvvəl Aleks Makliş Şotlandiya yığmasından ayrılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest