Futbol üzrə Rusiya Premyer Liqasında XV turun oyunları keçirilir. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi "Krılya Sovetov" doğma meydanda "Ural"la üz-üzə gəlib. Ramilin komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 0:1.

Şeydayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Hazırda "Krılya Sovetov" 27 xalla 16 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest