"Qarabağ"ın qapıçısı Vaqner da Silva Formula-1 üzrə Azərbaycan Qran-prisini yaşadığı mənzilin pəncərəsindən izləyə biləcək. O bildirib ki, "Port Baku"dan avtomobillərin 340 km/saat sürətlə ötüşməsini izləmək mümkündü.

"Qarabağ"ın qapıçısı Vaqner da Silva Formula-1 üzrə Azərbaycan Qran-prisini yaşadığı mənzilin pəncərəsindən izləyə biləcək. Matc.az saytı xəbər verir ki, bunu qolkiper özü Braziliya mətbuatına açıqlamasında deyib.

O bildirib ki, "Port Baku"dan avtomobillərin 340 km/saat sürətlə ötüşməsini izləmək mümkündü. Vaqner həyatında ilk dəfə Formula-1-i canlı izləyəcəyini söyləyib: "İlk dəfə belə bir mənzərənin şahidi oluram. Yolların bağlı olmasından başqa hər şey möhtəşəmdi. Uşaqlar işləri sürətli şəkildə görürlər. Məşqi izləyə bilməyəcəm. Ancaq bazar günü yarışa mütləq baxacam".

Qeyd edək ki, Azərbaycan Qran-prisi 26-28 apreldə keçiriləcək. "Qarabağ" isə sabah Topaz Premyer Liqanın XXVI turu çərçivəsində "Zirə" ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest