Regional Liqasında araşdırma mövzusu olan "Füzuli" – "FC Baku" matçı ilə bağlı təfərrüatlar bəlli olub. Birincilərin AFFA-ya müraciət edib təftiş edilməsini istədiyi qarşılaşma 30 min manatın güdazına gedib.

"Füzuli" klubunun rəhbərliyi bəzi oyunçularının satın alınmasından şübhələnib. Elə bu üzdən müraciət edilib və AFFA da matçı araşdırmağa başlayıb. Yekun qərar verilənə kimi yarımfinalın "Şahdağ" – "FC Baku" matçı baş tutmayacaq.

"Füzuli" tərəfinin müraciətində nə yazdığı, konkret hansı ittiham irəli sürdüyünü bilmirik. Amma əldə etdiyimiz məlumata görə, bakılılar 30 min manat xərcə düşüb. Bu məbləğə həm hakimlər, həm də rəqibin bəzi oyunçuları satın alınıb. AFFA Hakimlər Komitəsinin üzvü Elçin Məmmədov da oyunda olub, lakin onun olaydan şübhələndiyi, yoxsa "əməliyyat"da əli olduğu üçün "hadisə yeri"ndə zühur etdiyi dəqiq deyil.

Hazırda AFFA bu faktların araşdırılması, günahkarların konkret müəyyənləşdirilməsi ilə məşğuldu. Məsələyə hüquq-mühafizə orqanları da qarışıb. Yaxın günlərdə qərar açıqlanmalıdı.

Xatırladaq ki, "FC Baku" 2 oyunun nəticəsinə görə rəqibini yenərək yarımfinala adlayıb. Futbolinfo.az

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest