Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində futbol üzrə kiber çempionatın 1/16 mərhələsinə yekun vurulub. Matc.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, iştirak üçün müraciət etmiş 750 nəfər arasında qeydiyyatdan keçmiş ilk 256 nəfər çempionatda öz bacarığını göstərmək şansı qazansa da, yarışda 136 nəfər iştirak edib.

çempionata qoşulmayan iştirakçılara texniki məğlubiyyət verilib. İştirakçılar arasından cəmi 16 oyunçu növbəti mərhələyə vəsiqə qazanıb. Oyun FIFA 19 qaydaları əsasında təşkil olunub.

çempionatın 1/16 mərhələsində ən böyükhesablı məğlubiyyət 9:0 olub. "çelsi" isə iştirakçılar arasında ən çox seçilən klub olaraq qeydə alınıb. çempionatın yeganə xanım iştirakçısı "Beşiktaş" klubu ilə çıxış edən Günel Hüseynova olub. Növbəti mərhələyə vəsiqə qazanmasa da, xanım iştirakçı hər kəs tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, bu gün kiber çempionatın 1/8 mərhələsi start götürəcək.

Kiber çempionatda birinci yeri tutan iştirakçıya 1000 AZN pul mükafatı təqdim olunacaq, eləcə də oyunun qalibi AFFA-nın kiber futbol üzrə yığmasında təmsil olunmaq şansı qazanacaq. İkinci yerin sahibinə 500 AZN pul mükafatı veriləcək. üçüncü yeri tutan iştirakçıya isə təşkilatçılar tərəfindən UEFA Avropa Liqası 2019-un rəsmi "Molten" topu, həmçinin imzalı forma hədiyyə ediləcək.

çempionat Azərbaycan Kiber İdman Federasiyasının dəstəyi ilə keçirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest