"Mançester Yunayted"in yarımmüdafiəçisi Ander Erreranın yeni klubu müəyyənləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 29 yaşlı orta sahə oyunçusu PSJ ilə anlaşıb.

Mövsümün sonunda azad agent statusu daşıyacaq futbolçu Paris təmsilçisi ilə müqavilənin şərtlərini razılaşdırıb. Anlaşmaya görə, Errera yayda PSJ ilə 4+1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Ander Errera "Mançester Yunayted"ə 2014-cü ildə "Atletik"dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest