Bu gün Topaz Premyer Liqasında XXVI turun oyunları keçiriləcək. Matc.az xəbər verir ki, "Qəbələ" mükafatçılar sırasına düşmək uğrunda mübarizədə əsas rəqibi olan "Səbail"lə görüşəcək.

Bakı klubunun meydanında baş tutacaq qarşılaşma rəqiblərin 10-cu dueli olacaq. İlk dəfə ötən mövsüm üz-üzə gələn "Qəbələ" və "Səbail" indiyədək 9 dəfə görüşüb. Daha çox - 6 qələbə qazanan "qırmızı-qaralar" 2 heç-heçə edib və yalnız 1 dəfə uduzub. Bu üstünlük top fərqində də əksini tapıb – 18:8. Keçirilən matçlarda Baqali Dabo hamıdan çox – 6 qol vurub. Famussa kone və Ceyms Adeniyi hərəyə üç dəfə fərqlənib.

8-ci dəfə Premyer Liqada görüşəcək "Qəbələ" və "Səbail" çempionatda 7 dəfə üz-üzə gəlib. 4 qələbə qazanan qəbələlilər 2 dəfə heç-heçə edib və 1 dəfə uduzub. 13 qol vuran "qırmızı-qaralar" 6 top buraxıb.

Qeyd edək ki, "Səbail" - "Qəbələ" görüşü 17:30-da başlayacaq.

 

2017/18 mövsümü

17.09.2017. Premyer Liqa. "Səbail" – "Qəbələ" – 1:3

Vüqar Nadirov, 56 // Baqali Dabo, 42, 90+3; Asif Məmmədov, 60

04.11.2017. Premyer Liqa. "Qəbələ" – "Səbail" – 3:1

Famussa Kone, 16; Baqali Dabo, 29; 83 // Eltun Yaqublu, 88

11.12.2017. Azərbaycan kuboku. "Qəbələ" – "Səbail" – 1:0

Stiven Monroz, 59

15.12.2017. Azərbaycan kuboku. "Səbail" – "Qəbələ" – 2:4

Adrian Popoviçi, 16; Elman Taqayev, 78 // Filip Ozobiç, 22; Ruslan Qurbanov, 44; Famussa Kone, 56; Baqali Dabo, 75

24.02.2018. Premyer Liqa. "Səbail" – "Qəbələ" – 2:1

Vitali Vernidub, 25 (ö.q); Fəhmin Muradbəyli, 57 // Baqali Dabo, 68

15.04.2018. Premyer Liqa. "Qəbələ" – "Səbail" – 1:1

Famussa Kone, 82 // Fəhmin Muradbəyli, 55

 

2018/19 mövsümü

12.08.2018. Premyer Liqa. "Qəbələ" – "Səbail" – 3:0

Asif Məmmədov, 23; Urfan Abbasov, 63; Ceyms Adeniyi, 82

09.12.2018. Premyer Liqa. "Səbail" – "Qəbələ" – 0:0

10.03.2019. Premyer Liqa. "Qəbələ" – "Səbail" –2:1

Ceyms Adeniyi, 49, 55 // Elvin Yunuszadə, 84

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest