İngiltərə Premyer Liqasının XXXVI turunda "Haddersfild"lə oyun "Liverpul"un hücumçusu Məhəmməd Salah üçün əlamətdar olub. Misirli superulduz komandasının 5:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada 100-cü oyununa çıxıb.

İngiltərə Premyer Liqasının XXXVI turunda "Haddersfild"lə oyun "Liverpul"un hücumçusu Məhəmməd Salah üçün əlamətdar olub. Matc.az saytının məlumatına görə, misirli superulduz komandasının 5:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada 100-cü oyununa çıxıb.

Görüşdə dubl edən Salah "qırmızılar"ın heyətində qollarının sayını 69-a çatdırıb. Bu isə klub tarixində yeni rekorddu. Belə ki, indiyə qədər heç bir futbolçu ilk 100 matçda bu qədər qol vura bilməmişdi. Salah əvvəlki rekordçular Roje Hant və Sem Reybouldu (68) geridə qoyub.

"Liverpul" həmçinin son 10 oyunun hamısında qələbə qazanmağı bacarıb. "Qırmızılar" 13 ildən sonra ilk dəfə bu göstəriciyə imza atıb. Komandanın 2006-cı ildəki seriyası 11 oyun olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest