Olimpik Starda ilk olaraq 2-3-cü yerləri bölüşən "Neftçi" ilə EKOL üz-üzə gəlib. 4:1 hesablı qələbə qazanan "Neftçi" turnir cədvəlində rəqibini geridə qoyaraq, 2-ci pilləni ələ keçirib. "Yasamal" İSK isə "Xəzər Cənub"a uduzub.

Bu gün futzal üzrə Yüksək Liqada XXVII turun oyunları keçirilib. Matc.az saytının məlumatına görə, iki görüş baş tutub.

Olimpik Starda ilk olaraq 2-3-cü yerləri bölüşən "Neftçi" ilə EKOL üz-üzə gəlib. 4:1 hesablı qələbə qazanan "Neftçi" turnir cədvəlində rəqibini geridə qoyaraq, 2-ci pilləni ələ keçirib.

"Yasamal" İSK isə "Xəzər Cənub"a uduzub. "Xəzər Cənub" da "Neftçi" kimi, bu qələbə sayəsində EKOL-u turnir cədvəlində qabaqlayıb.

 

Yüksək Liqa

XXVII tur

27 aprel

"Yasamal" İSK – "Xəzər Cənub" - 1:9

Qollar: Vüsal Səfərov, 23:00 - Hadi Rezvan, 01:53, 23:57, 29:14; Raşid Qalapur, 12:33, 11:40; Behzad Şebli, 20:32; Farid Mazaheri, 22:11, 22:47, 28:31

Hakimlər: Rahin Heybətov, Elmir Quluzadə, Vüsal Balaşov

 

"Neftçi" – EKOL - 4:1

Qollar: Məhəmməd Katebi, 04:12, 29:23; Vahid Şəfaye, 28:07; Elnur Zamanov, 29:39 - Ramiz çovdarov, 27:32

Hakimlər: Anar Fərəcov, Mehman Mahmudov, Elvin Ağayev

1

Araz

23

17

4

2

182-50

55

2

Neftçi İK

23

16

1

6

146-67

49

3

Xəzər Cənub

23

15

3

5

210-69

48

4

EKOL

23

15

3

5

221-61

48

5

Yasamal MFK

23

6

1

16

95-122

19

6

Liman

23

3

0

20

71-330

9

7

Yasamal İSK

24

3

0

21

73-299

9

 
Bombaridlər: Namiq Məmmədkərimov (EKOL) – 74, Hadi Rezvan ("Xəzər Cənub") – 70

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest