Futzal üzrə UEFA çempionlar Liqasında yarımfinal oyunları keçirilib. Matc.az saytı xəbər verir ki, Qazaxıstanın Almatı şəhərindəki Almatı Arenada təşkil edilən "Dördlər Finalı"nın ilk oyununda "Sportinq" (Portuqaliya) və turnirin son qalibi "İnter" (İspaniya) qarşılaşıb.

5:3 hesabı ilə qələbə qazanan portuqaliyalılar ilk finalçı olub. Daha sonra arenaya "Barselona" və "Kayrat" komandaları çıxıb. Bu dəfə Qazaxıstan çempionu rəqibindən üstün olub - 5:2.

Final və üçüncü yer uğrunda oyunlar sabah keçiriləcək. Bakı vaxtı ilə 15:30-da meydana İspaniyanın iki klubu – "İnter" və "Barselona" çıxacaq. Saat 18:00-da isə çempionlar Liqasının ilk sahibinin adı müəyyənləşəcək.

Qeyd edək ki, bu turnir ötən ilə qədər UEFA Kuboku adı altında keçirilirdi. UEFA İcraiyyə Komitəsinin qərarına əsasən yarış cari mövsümdən çempionlar Liqası adlandırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest