"Liverpul"un hücumçusu Roberto Firmino çempionlar Liqasının yarımfinal mərhələsində "Barselona" ilə ilk oyunu buraxa bilər. Matc.az saytının "Marca"ya istinadən məlumatına görə, braziliyalı forvardın əzələsində problem var.

Bu səbəbdən Firmino Premyer Liqanın XXXVI turunda "Haddersfild"lə (5:0) qarşılaşmanı buraxmalı olmuşdu. Həkimlər 27 yaşlı oyunçunun "Nou Kamp"da meydana çıxıb-çıxmayacağına oyundan bir gün əvvəlki məşqdən sonra qərar verəcəklər.

Qeyd edək ki, "Barselona" - "Liverpul" oyunu mayın 1-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest