"Atletiko"nun yarımmüdafiəçisi Rodriqo Ernandes karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Mançester Siti" gənc futbolçuya "elçi düşüb".

"Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola rəhbərliklə görüşündə 23 yaşlı oyunçunun alınmasını tələb edib. Madridlilərlə müqavilə müddəti 2023-cü ilin yayına qədər olan İspaniya millisinin üzvünün sərbəst qalma məbləği 70 milyon avrodu.

Qeyd edək ki, Rodriqo Ernandes bu mövsüm bütün turnirlərdə 43 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest