"Roma"nın gənc futbolçusu Nura Abdullahi karyerasını başa vurub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, nigeriyalı müdafiəçinin belə gözlənilməz qərar qəbul etməsinə sağlıq problemi ilə üzləşməsi səbəb olub.

Belə ki, həkimlər ürəyində problem aşkarlanan cinah oyunçusunun bu idman növü ilə məşğul olmasına qadağa qoyublar. Bu üzdən də Abdullahi 21 yaşında butslarını mıxdan asmalı olub.

Qeyd edək ki, Nuranın "Roma" ilə 2021-ci ilə qədər müqaviləsi var. Amma yaxın günlərdə klub rəhbərliyi ilə futbolçu arasında görüş baş tutacaq və tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verəcəklər. Amma "canavarlar" Abdullahiyə klub strukturunda iş verməyə hazırlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest