Topaz Premyer Liqasının XXVI turu daha bir komandanın taleyinə aydınlıq gətirib. Matc.az saytının məlumatına görə, çempionatın debütantı "Sabah"ın sonuncu pilləyə yuvarlanmaq qorxusu qalmayıb.

öz meydanında "Keşlə" üzərində qələbəni son anda əldən verən Elşad Əhmədovun yetirmələri heç-heçə (1:1) sayəsində axırıncı pillədəki rəqibi ilə aradakı 7 xallıq fərqi qoruyub.

çempionatın sonuna 2 tur qaldığından, "Sabah"ın artıq sonuncu yerə düşmək ehtimalı qalmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest