"Formula 1" üzrə SOCAR Azərbaycan Qran-prisinin qalibi müəyyənləşib. Matc.az saytının məlumatına görə, Bakıda keçirilən mövsümün dördüncü mərhələsində "Mercedes" komandasının pilotu Valtteri Bottas birinci yeri tutub. 

O, 1 saat 31 dəqiqə 52,942 saniyəlik nəticə ilə bütün rəqiblərini qabaqlayıb. Bu, finlandiyalının karyerasında qazandığı 5-ci Qran-pri qələbəsi olub. 

İkinci yeri onun komanda yoldaşı Luis Hamilton, üçüncü yeri "Ferrari"dən Sebastyan Fettel tutub. 

Qeyd edək ki, finişə 20 pilotdan 16-sı çatıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest